Futzal üzrə FIFA referiləri Əli Cəbrayılov və Knyaz Əmiraslanov, eləcə də hakim-inspektor Elçin Səmədli UEFA tərəfində Litvanın Birstones şəhərində təşkil olunan kursda iştirak ediblər.
Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yatyıb.
Sayca 16-cı dəfə keçirilən kurs müddətində hakimlər fiziki hazırlıq üzrə test-normativlər verib, oyun qaydaları üzrə imtahanda iştirak ediblər.