“PSJ nankor klubdur” - Maurisio Poçettino

01:43 20 Noyabr 2022

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisi haqda danışıb.

O, PSJ-ni nankor klub adlandırıb:

“Belə bir komanda qurmaq çətin iş idi. Ulduz, istedadlı futbolçuların yer aldığı komandada istədiyimi etmək üçün vaxt lazım oldu. Amerika kubokundan və Avropa çempionatından yeni dönən futbolçular var idi, digərləri zədəli idi. Yeni şəhər, yeni mədəniyyət... Komandada millilərinin 9-10 kapitanı var idi. Düşünürəm ki, bu, bir daha heç vaxt yaşamayacağım qeyri-adi bir təcrübə idi. Onlar nankordurlar. Məşqçinin əməyini heç kim qiymətləndirmir. Əgər qalib gəlirsənsə, bu, oyunçuların fərdi istedadına görədir. Əgər uduzsan, bu, məşqçinin günahıdır”.

Qeyd edək ki, PSJ bu yay Poçettinonu istefaya göndərib. Onu Kristof Qaltye əvəzləyib. 


Xəbər xətti