"Argentinanın güclü, Fransanın isə möhtəşəm komandası var" - Van Deyk

02:25 20 Noyabr 2022

Niderland milli komandasının futbolçusu Vircil van Deyk dünya çempionatı öncəsi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Liverpul"dan keçmiş komanda yoldaşı Sadio Manenin dünya çempionatını buraxacağına görə məyus olduğunu bildirib:

 

"Sadio Manenin bizimlə matçda oynamayacağına görə məyusam. Dünya çempionatı ən yaxşı oyunçulara layiqdir və Mane ən yaxşılardan biridir. O, dünya səviyyəsində futbolçudur, çox yaxşı dostluğumuz var. Onun üçün darıxacağam".

 

Van Deyk mundialın favoriylərini də açıqlayıb. O, Braziliya, Argentina və Fransanı fərqləndirib:

 

"Mənim fikrimcə Argentina, Braziliya və Fransa favoritlər sırasındadır. Braziliya hər zaman favoritdir. Argentinanın güclü, Fransanın isə möhtəşəm komandası var. Biz də yaxşı kollektivə, təcrübəli baş məşqçiyə və hər şeydən öncə komanda ruhuna sahibik".

 

Qeyd edək ki. dünya çempionatı sabah start götürəcək və 18 dekabr tarixinədək davam edəcək. Niderland yığması A qrupunda Qətər, Seneqal və Ekvadorla mübarizə aparacaq. "Narıncılar" ilk görüşünü noyabrın 21-i Seneqala qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti