"İnter" qış transfer pəncərəsində "Mançester Yunayted"dn ayrılacağı gözlənilən Kriştiano Ronaldonu heyətinə qatmaq fikrindən daşınıb.
İtaliya təmsilçisi portuqaliyal hücumçunun yüksək maaşı səbəbindən bu qərarı verib.
“Mançester Yunayted” noyabrın 18-i Ronaldo ilə müqaviləni təzminat ödəmədən pozmaq prosesinə başlayıb. Həmçinin rəhbərlik portuqaliyalının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra kluba qayıtmasını istəmir .
Qeyd edək ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötrməsini verib. Onun klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.