Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

12:33 20 Noyabr 2022

Təbrizin "Traktor" komandası baş məşqçisi Kurban Berdıyevlə yollarını ayıra bilər.

Bu barədə rusiyalı futbol agenti Timur Qurtskaya teleqram kanalında bildirib.

Onun sözlərinə görə, 70 yaşlı mütəxəssis "Soçi"nin sükanı arxasına keçə bilər. Berdıyevin Vadim Qaranini əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, türkmənistanlı baş məşqçi cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub. O, 2001 - 2013 və 2017 - 2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. Mütəxəssis 2014 - 2017-ci illərdə "Rostov"da da işləyib. 


Digər xəbərlər

Xəbər xətti