Basketbol Liqasında 6-cı tura yekun vuruldu

22:52 20 Noyabr 2022

Sərhədçi" İdman Mərkəzinin idman zalında "AAAF Xırdalan" və "Olimpik Şəki" komandalarının arasında keçirilən oyunla  Azərbaycan Basketbol Liqasının (ABL) 6-cı turuna yekun vurulub. Sportarena.az xəbər verir ki, oyunun ilk hissəsindən üstünlüyü ələ keçirən Xırdalan basketbolçuları sonda 93:71 hesablı qələbəyə sevindilər.
 
Qarşılaşmanın ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Devin Pullum (23 xal, 7 ribaund), "Olimpik Şəki"dən Anar Hacıyev (25 xal, 8 ribaund) olublar.
 
Xatırladaq ki, 7-ci turun oyunları 23, 26 və 27 noyabr tarixlərində keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti