Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıb. Sportarena.az xəbər verir ki, kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.
Xatırladaq ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.