“Sabah”ın futbolçularından Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov və Ceyhun Nuriyev millimizin Şimali Makedoniyaya qarşı yoxlama oyununda (3:1) şans qazanıb.
Aleksey və Bəxtiyar start heyətində meydana çıxıb. İsayev görüşün 59-cu dəqiqəsində Elvin Camalovla əvəzlənib, Bəxtiyar sonadək meydanda olub. Ceyhun isə matçın 68-ci dəqiqəsində oyuna daxil olaraq, yığmada debüt edib.