Qaret Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

20:56 21 Noyabr 2022

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt Qətərdə keçirilən dünya çempionatında İran yığmasına 6:2 hesabı ilə qalib gəldikləri B qrupunun ilk tur oyunundan narazı qalıb.

52 yaşlı mütəxəssis bu barədə matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verib.

O, buraxılan 2 qola görə məyusluğunu gizlətməyib: "Açığı, bundan bezmişəm. Təbii ki, belə hesabla qalib gəldiyimiz və yaxşı oyun göstərdiyimiz üçün sevinməliyik. Lakin komanda yenidən konsentrasiyanı itirdi. Daha sabit oynamaq lazımdır".

Sautgeyt ilk hissənin çətin və uzun fasilələrlə keçdiyini bildirib: "Amma pressinqimiz və hərəkətimiz yaxşı idi. Lakin turnirin bu mərhələsində iki qol buraxmamamlısınız. Ona görə də ABŞ-la oyunadək artırmaq lazımdır".

Təcrübəli baş məşqçi görüşün əsas vaxtına 24 dəqiqə əlavə edilməsinə də toxunub: "Səhvlər arxayınlığın və ilk qolun gecikməsinin nəticəsi idi. Kifayət qədər konsentrasiya ola bilmədik". 


Digər xəbərlər

Xəbər xətti