Argentina milli komandasının kapitanı Lionel Messi açıqlama verib.
Sportarena.az xəbər verir ki, DÇ-2022-nin qrup mərhələsinin ilk turunun Səudiyyə Ərəbistanı ilə matçından öncə danışan 35 yaşlı hücumçu Qətərdəki mundialın onun üçün sonuncu olacağını bildirib:
"Özümü fiziki olaraq çox yaxşı hiss edirəm. Hər hansı bir problemim yoxdur. Dünya çempionatına çox yaxşı gəlmişəm. DÇ-2022 çox güman ki, mənim üçün sonuncu mundial olacaq. Böyük xəyalımı gerçəkləşdirməyə çalışacağam. Argentinalı olmayan azarkeşlərin mənə görə Argentinanı dəstəkləməsi möhtəşəmdir, onlara minnətdaram".
Qeyd edək ki, Argentina yığması C qrupunda Səudiyyə Ərəbistanı, Polşa və Meksika ilə mübarizə aparacaq.