DÇ-2022: Seneqal - Niderland matçına biletsiz azarkeşlər buraxılıb

00:23 22 Noyabr 2022

DÇ-2022-nin B qrupunun ilk turu çərçivəsində baş tutan Seneqal - Niderland matçında stadiona biletsiz azarkeşlər buraxılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb. Tribunaların dolması üçün biletsiz şəxslərin arenaya buraxıldığı  bildirilir.

 

Stadionda edilən elanda qarşılaşmanı 41 721 nəfərin izlədiyi bildirilib. Görüşün keçirildiyi "Al Tumama Stadionu"nun tutumu isə 40 000 nəfərdir.
 

Qeyd edək ki, Niderland yığması Kodi Qakpo və Devi Klaassenin vurduğu qollarla Seneqalı 2:0 hesabı ilə məğlub edib. 


Xəbər xətti