“Depayı meydana buraxdıqdan sonra qol vuracağımızı gözləyirdim" - AÇIQLAMA

10:52 22 Noyabr 2022

“Depayı meydana buraxdıqdan sonra qol vuracağımızı gözləyirdim. Və belə də oldu. Memfis oyunun gedişatını dəyişdirə bilən futbolçudur".

Bu sözləri Niderland millisinin baş məşqçisi Lui Van Qal DÇ-2022-nin ilk turunda Seneqalla görüşdən sonra mətbuat konfransında deyib. 

O, 2:0 hesablı qələbəni belə şərh edib: "İlk qolumuzu vuran Kodi Qakpo da qələbədə mühüm rol oynadı. Amma çox yaxşı oynamadıq. Son məşqdə bunu qabaqcadan görmüşdüm. Çox yaxşı formada deyilik, doğrudur. Niderland millisi daha yaxşı oynaya bilər. Hiss etdim ki, komandada gərginlik var. Noppertə gəlincə, o, hələ də bizim əsas qapıçımızdır".


Digər xəbərlər

Xəbər xətti