"Beyl bizi heç vaxt ruhdan salmayıb" - Robert Peyc

11:11 22 Noyabr 2022

Uels millisinin baş məşqçisi Robert Peyc DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda ABŞ millisinə qarşı oyunu (1:1) şərh edib.

O, xarakter və əzmkarlıq nümayiş etdirdiklərini bildirib: "Bunun sayəsində oyuna qayıdıb xal qazana bildik. Turnirin açılış matçında uduzmamaq vacibdir. Mən futbolçulara minnətdaram ki, heç-heçəyə nail ola bildilər". 

Mütəxəssis komandasının penaltidən bərabərlik qolunu vuran Qaret Beyl haqda da danışıb: "Penaltini yerinə yetirmək hüququ əldə edəndə artıq onu kimin yerinə yetirəcəyini milyon faiz bilirdik. Beyl bizi heç vaxt ruhdan salmayıb. Bu dəfə o, özünə sadiq qaldı, buna sevindik. Azarkeşlərə gəlincə, onları görmək inanılmaz idi. Biz belə dəstəyə görə minnətdarıq.

İranla oyuna qədər həkim heyətinin kifayət qədər işi olacaq. Elə futbolçularımız var ki, belə yüklərə öyrəşməyiblər, qıcolması var."

Qeyd edək ki, Uels DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda noyabrın 25-i İranla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti