"Ən azı heç-heçəyə layiq idik" - Seneqal millisinin baş məşqçisi

12:26 22 Noyabr 2022

Seneqal millisinin baş məşqçisi Aliu Sisse DÇ-2022-nin ilk turunda Niderlana məğlub olduqları görüş (0:2) barədə danışıb.

Mütəxəssis ən azı heç-heçəyə layiq olduqlarını deyib: “Yüksək səviyyəli matç oldu. Hesab oyunun bütün mahiyyətini əks etdirmir. Bəli, qol vura bilmədik, amma yaxşı şanslarımız oldu. Qarşıdakı iki görüşdə şanslarımızı reallaşdırmağa çalışacağıq. Biz əsəbiləşdik. Futbolçular meydanda çox enerji itirdilər, ən azı heç-heçəyə layiq idik. 


Digər xəbərlər

Xəbər xətti