Himni oxumayan İran futbolçuları cəzalandırıla bilər

13:06 22 Noyabr 2022

Futbol üzrə İran millisinin futbolçuları Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 1-ci turunda İngiltərə yığması ilə oyundan öncə dövlət himnini oxumadıqlarına görə ciddi problem yaşaya bilərlər. Sportarena.az "The Sun"a istinadən xəbər verir ki, hazırda İranda yığmanın futbolçularına cinayət işi açılması müzakirə olunur.

Mənbə seçmə komandanın oyunçularının ölkələrinə qayıdandan sonra böyük ehtimalla, cəzalandırılacaqlarını vurğulayıb. 
 
Qeyd edək ki, futbolçular küçə etirazlarını qəddarlıqla yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtina ediblər. Oyun İngiltərə yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.  


Xəbər xətti