Belçika millisi FİFA-nın tələbi ilə Qətərdə təşkil olunan DÇ-2022 üçün hazırlatdığı formasını dəyişib.
Sportarena.az Belçika Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, öncə belçikalılar çoxrəngli “sevgi şüarı” yazılmış ağ köynəklərdən istifadə etməyi planlaşdırmışdılar. Amma FİFA-nın qərarına görə Belçika formasını dəyişmək məcburiyyətində qalıb.
Sentyabr ayında "Tomorrowland" Elektron Musiqi Festivalının təşkilatçıları köynəklərdəki çoxrəngli detalların “müxtəliflik, bərabərlik və inklüzivliyin qarşılıqlı dəyərlərinin simvolu” olduğunu vurğulamışdı.