Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir:
1) Loqoda futbolu ifadə edən top təsvir olunub;
2) Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir;
3) Loqodakı kürə qlobal dünya futbolunun simvoludur;
4) Alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.