Rəşad Eyubov yenidən “Sabah”da

19:37 22 Noyabr 2022

“Sabah” Futbol Akademiyasında yeni müqavilə bağlanıb.

Sportarena.az xəbər verir ki, klubun və Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 komandasında köməkçi məşqçi kimi çalışacaq.

Eyubov 2018/19 və 2019/20 mövsümlərində “Sabah”ın şərəfini qoruyub. O, əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti