"Uzun müddətdir yaşamadığımız bir vəziyyətlə üzlədik" - Lionel Messi

20:09 22 Noyabr 2022

Argentina milli komandasının kapitanı DÇ-2022-nin qrup mərhələsinin Səudiyyə Ərəbistanı ilə matçından (1:2) sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu yer aldıqları qrupun çox çətin olduğunu bildirib:

 

"Kimisə günahlandırmaq çox çətindir. Bu, hamımız üçün ağır zərbə oldu. Mundiala belə başlayacağımızı düşünmürdük. Məğlubiyyətin bəzi səbəbləri var. İndi qarşıdakı matçlara hazırlaşmalıyıq. Bundan sonra qalib gəlmək öz əlimizdədir. Bəhanəmiz yoxdur. Hər zamankından daha  sıx birləşməliyik.

 

Qrup çox çətindir, bu gün hər kəs bunu gördü. Uzun müddətdir yaşamadığımız bir vəziyyətlə üzlədik. İndi əsl komanda olduğumuzu göstərməyin vaxtıdır. Səudiyyə Ərəbistanının çox yaxşı futbolçularının olduğunu, topla cəld davrandıqlarını və yaxşı ofsayd tatkikaları olduğunu bilirdik. Buna hazırlaşmışdıq, amma oyun zamanı çox tələsdik. Necə bir komanda olduğumuzu xatırlamalı və bu matçı unudub, növbəti qarşılaşmalatra köklənməliyik". 


Xəbər xətti