Kriştiano Ronaldo "Mançester Yunayted"dən təzminat almayacaq

09:38 23 Noyabr 2022

Kriştiano Ronaldo "Mançester Yunayted"lə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdikdən sonra klubdan heç bir ödəniş almayıb.

Sportarena.az xəbər verir ki, hücumçu və klub oyunçunun heç bir təzminat ödəmədən ayrılacağına dair razılığa gəlib.  

Ronaldoun müqavilənin başa çatmasına 8 aydan bir az az vaxtı var idi. Kriştiano bu müqavilənin şərtlərinə görə 17 milyon funt-sterlinqə qədər qazana bilərdi. 


Xəbər xətti