"Mançester Siti" Pep Qvardiolanın müqaviləsini uzadacaq

Sportarena.az      23 Noyabr 2022 , 10:20

"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiola ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, "şəhərlilər" ispaniyalı mütəxəssislə yola davam edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi 51 yaşlı məşqçi ilə sözləşmənin müddətini 2025-ci ilin yayına kimi uzatmaqla bağlı razılıq əldə edib.

 

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"nin baş məşqçisi vəzifəsində çalışır. Komanda onun rəhbərliyi altında 4 dəfə İngiltərə çempionu olub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin