Fransa millisi növbəti itki ilə üzləşdi

11:00 23 Noyabr 2022

Fransa millisi daha bir futbolçusunu itirib.

Sportarena.az xəbər verir ki, DÇ-2022-nin ilk turunun Avstraliya ilə görüşündə zədələnən Lukas Hernandesin son durumu bəlli olub.

26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb və o, mundialın digər oyunlarında Fransa yığmasına kömək edə bilməyəcək.

Lukas Avstraliya ilə oyunun (4:1) ilk hissəsində zədələnib və qardaşı Teo Hernandeslə əvəzlənib. 


Digər xəbərlər

Xəbər xətti