Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Çelsi"yə keçməyəcək.
Sportarena.az "The Telegraph"a istinadən xəbər verir ki, təcrübəli forvardın London klubuna keçə biləcəyi iddia olunurdu.
Amma Ronaldo İngiltərəyə qayıtmayacaq. Dünən "Mançester Yunayted" Ronaldo ilə müqaviləyə xitam verib.
Yayda isə "Çelsi"nin portuqaliyalı ilə maraqlandığı bildirilirdi.