Jirudan rekord göstərici

14:04 23 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri oyun Fransa millisinin hücumçusu Olivye Jiru üçün əlamətdar olub. İtaliyanın “Milan” klubunun formasını geyinən təcrübəli futbolçu yığmanın sabiq hücumçusu Tyeri Anrinin rekordunu təkrarlayıb.
 
Bu oyunda dubl edən 36 yaşlı forvard 51 qolla bombardirlər siyahısında zirvəyə şərik olub. Təcrübəli forvard 32-ci və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. O, hazırda Anri ilə birlikdə ilk sıranı bölüşdürür.
 
Jiru həm də mundiallar tarixində Fransa yığmasının formasını geymiş ən yaşlı oyunçuya çevrilib - 36 yaş 53 gün. 


Digər xəbərlər

Xəbər xətti