İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırıb

18:00 23 Noyabr 2022

İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

Buna portuqaliyalı forvardın "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Ronaldo fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq. 


Digər xəbərlər

Xəbər xətti