: Şahmat üzrə Azərbaycan millisi mübarizəni dayandırdı

10:40 24 Noyabr 2022

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
 
İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.
 
Dünya çempionatı noyabrın 25-də başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti