Burno Ferdandes Kriştiano Ronaldonun "Mançester Yunayted"dən ayrılması ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi həm Portuqaliya millisində, həm də klubda komanda yoldaşı olmuş 37 yaşlı hücumçunun onun üçün ilham mənbəyi olduğunu deyib:
"Özümü narahat hiss etmirəm, tərəf seçmək məcburiyyətində deyiləm. Ronaldo mənim üçün hər zaman ilham mənbəyi olub. "Mançester Yunayted"də onunla birlikdə oynamaq yuxu kimi idi. Amma heç nə sonsuzadək davam etmir".