DÇ-2022: Kosta-Rika yığması antirekorda imza atdı

13:58 24 Noyabr 2022

Qətərdə keçirilən dünya çempionatında İspaniyaya 0:7 hesabı ilə uduzan Kosta-Rika millisi tarixin antirekorduna imza atıb.

Sportarena.az xəbər verir ki, şimali amerikalılar oyun ərzində qapıya dəqiq zərbə endirə bilməyiblər.

Bu, mundiallar tarixində statistikaların toplandığı 1966-cı ildən sonra ikinci belə haldır.

Bundan əvvəlki antirekord da elə Kosta-Rika yığması ilə bağlıdır.

Onlar 1990-cı ilin dünya çempionatında da Braziliyaya uduzduqları görüşdə qapıya dəqiq zərbə endirə bilməmişdilər.  


Digər xəbərlər

Xəbər xətti