“Real”ın hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib. Zədə səbəbindən DÇ-2022 üçün Fransa yığmasının heyətindən çıxarılan 34 yaşlı futbolçunun vəziyyəti getdikcə düzəlir.
“Kral klubu”nun həkimləri Benzemanın dünya çempionatından dərhal sonra madridlilərin ilk çempionat matçına hazır olacağını düşünür. Benzemanın La Liqanın 15-ci turu çərçivəsində, dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada meydana çıxa biləcəyi ehtimal olunur.
Benzema bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.