Braziliya millisinin sabiq futbolçusu Ronaldonun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu buna görə DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Serbiya ilə keçiriləcək oyunu şəxsən izləyə bilməyəcək.
O, hazırda Qətərdədir və bir müddət özünü təcrid etdikdən sonra stadiona gələcəyini bildirib.
Qeyd edək ki, 46 yaşlı Ronaldo 1994 və 2002 Dünya Kuboklarının qalibi olub. Hazırda o, İspaniyanın "Real Valyaodolid" klubunun sahibidir.