“Serbiya millisinin baş məşqçisinin dedikləri bizə hörmətsizlikdir” - Tiaqo Silva

11:42 25 Noyabr 2022

Braziliya millisinin mərkəz müdafiəçisi və kapitanı Tiaqo Silva Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviçin fikirlərinə münasibət bildirib.

Serb mütəxəssia Braziliya ilə oyun öncəsi rəqibin 4-2-4 sistemi ilə oynayacağı ilə bağlı danışarkən deyib: “Dörd hücumçunun olması yaxşı haldır. Bəs müdafiə? Arxada kimsə olacaq?”

Tiaqo dünən Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərə deyib: “Biz istər 1:0, istər 2:0 hesabı ilə qalib gələndə sevinirik. Amma bizim xoşbəxtliyimiz ondadır ki, arxada oturub əziyyət çəkmirik. Vacib odur ki, qol buraxmadıq. Çox danışmağı, mübahisə etməyi sevmirəm, amma onların məşqçisi matçdan əvvəl demişdi: “Braziya dörd hücumçu ilə oynayacaq, bəs arxada kimsə olacaqmı?”

Mənə görə, bu, hörmətsizlikdir. Heç kəsdən bizdən qorxmağı tələb etmirik, amma bir az hörmət edin. Komandamızı öyrənsəydiniz, görərdiniz ki, üç-dörd hücumçu ilə oynasaq da, az qol buraxmışıq. Bir daha vurğulayıram ki, rəqiblərimiz haqqında çox danışmağı sevmirəm. Çünki onların hamısına hörmət edirik. Amma düşünürəm ki, o, bunu deyəndə bizə hörmət etmədi, xüsusən də müdafiə xəttinə.  Düşünürəm ki, o, Markinyos, Danilo, Aleks Sandro və Tiaqo Silvanın kim olduğunu yaxşı bilir”.


Digər xəbərlər

Xəbər xətti