AFFA Samir Abasovun cəzasını yüngülləşdirdi

13:28 25 Noyabr 2022

AFFA İntizam Komitəsinin "Sumqayıt"ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza dəyişdirilib.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarda bununla bağlı qeyd edilib:

Baş məşqçiyə verilən 5 oyunluq kənarlaşdırma cəzası cəzanın 3 oyunu şərti tətbiq edilməklə 5 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilsin. Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) ay müddətinə təyin edilsin. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunmalıdır.

"Sumqayıt" barəsində verilən 4000 (dörd min) AZN məbləğində cərimə cəzası qüvvədə qalsın.

Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 


Digər xəbərlər

Xəbər xətti