Neymar və Danilonun durumuna aydınlıq gəldi

21:36 25 Noyabr 2022

Braziliya milli komandasının heyətində ciddi itkilər baş verib.

 

Sportarena.az xəbər verir ki, Neymar və Danilo DÇ-2022-nin qrup mərhələsinin Serbiya ilə matçında sıradan çıxıb.

 

Braziliya mətbuatının yaydığı məlumata görə, hər iki futbolçu qrup mərhələsinin növbəti matçlarını buraxacaq. Komanda 1/8 finala yüksələcəyi təqdirdə Neymarla Danilonun xidmətindən yararlanmaq mümkün olacaq.

 

Qeyd edək ki, Braziliya milli komandası Serbiyanı 2:0 hesabı ilə məğlub edib. "Sambaçılar"ın qrup mərhələsindəki digər rəqibləri İsveçrə və Kamerundur. 


Digər xəbərlər

Xəbər xətti