İdmançılarımız Bolqarıstanda qızıl medal qazandı

12:20 26 Noyabr 2022

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında Azərbaycan gimnastları qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvləri Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron batut proqramında 15-16 yaş kateqoriyasında keçirilən finalda bütün rəqiblərini qabaqlayıblar.

 

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq. 


Digər xəbərlər

Xəbər xətti