"Heç-heçə dünyanın sonu deyil" - Karri Keyn

15:25 26 Noyabr 2022

İngiltərə millisinin futbolçusu Harri Keyn dünya çempionatının II turunda ABŞ-yə qarşı keçirdikləri oyunu şərh edib. Forvard 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
 
"Ən yaxşı oyunumuzu oynaya bilmədik. İmkanlarımızdan yararlana bilmədik. Son zərbələrdə dəqiqlik çatışmırdı. İranla oyunda fərqli olaraq, bu dəfə fürsətləri dəyərləndirə bilmədik. Rəqibin də imkanları oldu. Güclü komandaya qarşı oynadıq, yaxşı pressinq edirdilər və pisə çətinlik yaratdılar.
 
Heç-heçə dünyanın sonu deyil. Qrupda yenə zirvədəyik. Növbəti matçı səbirsizliklə gözləyirik".


Digər xəbərlər

Xəbər xətti