DÇ-2022: Avstraliya, Polşa, Fransa və Argentina qalib gəldi - YENİLƏNİB

01:00 27 Noyabr 2022

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək. C və D qruplarında 2-ci tur çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutacaq.

Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.

C qrupunda isə ikinci tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı
26 noyabr

C qrupu

17:00. Polşa - Səudiyyə Ərəbistanı 2:0
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Edyukeyşn Siti" stadionu.

23:00. Argentina - Meksika 2:0
Baş hakim: Daniele Orsato (İtaliya).
"Lusail" stadionu.

D qrupu

Tunis - Avstraliya 0:1
Qol: Mitçell Dyuk, 23.
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Canub" stadionu.

Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti.
Avstraliya: Metyu Rayan (k), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç.

20:00. Fransa - Danimarka 2:1
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Stadium 974".


Digər xəbərlər

Xəbər xətti