“Neftçi” uduzdu, “Gəncə” vahid lider oldu

23:17 26 Noyabr 2022

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, günün ilk görüşü çempionatın liderlərindən olan “Gəncə” və “Sərhədçi” komandaları arasında keçirilib. Gərgin keçən oyundan birincilər 90:76 hesablı qələbə ilə ayrılıblar. Qələbə sayəsində Gəncə basketbolçuları xalını 13-ə çatdırıb və turnir cədvəlində vahid liderə çevriliblər.

 

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kris Hamil (25 xal, 5 ribaund), “Sərhədçi”dən Maksvel Starvud (27 xal, 5 ribaund) olub.

 

Günün ikinci oyununda iki paytaxt təmsilçisi – “Neftçi” və NTD basketbolçuları qarşılaşıblar. Bu oyunda NTD komandası rəqibi üzərində 88:75 hesabı ilə qələbə qazanıb.

 

Nəticədə xalını 12-yə çatdıran NTD turnir cədvəlində ikinci pilləyə yüksəlib.

 

Matçın ən məhsuldarları “Neftçi”dən Reymond Miller (28 xal, 10 ribaund), NTD-dən Londell King (20 xal, 8 ribaund) olub.

 

Turun bağlanış oyunu noyabrın 27-də Şəki Olimpiya İdman Kompleksində “Olimpik Şəki” və “Sabah” komandaları arasında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti