Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 2-ci turun daha 4 oyunu keçirilib. Günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olub.
Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirib.
F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkib.
DÇ-2022
27 noyabr
E qrupu
14:00. Yaponiya - Kosta Rika 0:1
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Əhməd İbn Əli" stadionu.
23:00. İspaniya - Almaniya 1:1
Baş hakim: Denni Makkelli (Niderland).
"Əl Bayt" stadionu.
F qrupu
17:00. Belçika - Mərakeş 0:2
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu.
20:00. Xorvatiya - Kanada 4:1
Baş hakim: Andres Matonte (Uruqvay).
"Xəlifə" stadionu.