Meksika millisinin baş məşqçisi Xerardo Martino DÇ-2022-də Argentinaya 0:2 hesabı ilə uduzduqlarını şərh edib.
Sportarena.az "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Lionel Messi faktorunu xüsusi qeyd edib:
“Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq. Argentina ilə matçda buraxdığımız ilk qola gəldikdə, xırda səhvlərə yol verdik. Ancaq Lionel Messi səhvləri bağışlamır. Hətta bu cür səhvləri belə, keçmir”.
Xatırladaq ki, Meksika qrupun üçüncü turunda Səudiyyə Ərəbistanı, Argentina isə Polşa ilə qarşılaşacaq.