Meksika millisinin kapitanı DÇ-nin rekordunu təkrarladı

14:45 27 Noyabr 2022

Meksika millisinin kapitanı Andres Quardado mundiallarda rekordu təkrarlayıb.

Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatında buna Argentinaya qarşı matça çıxmaqla nail olub.

Yarımmüdafiəçi karyerasında beşinci dəfə dünya çempionatında oynayıb. Bununla da, təcrübəli futbolçu Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kristiano Ronaldoya (Portuqaliya) çatıb.

O, "Atlas", "Deportivo", "Valensiya", "Bayer"(Leverkuzen) və PSV klublarının formasını geyinib. O, 2017-ci ildən bu yana "Betis"də çıxış edir. 

Xatırladaq ki, Meksika Argentinaya 1:2 uduzub.  


Digər xəbərlər

Xəbər xətti