DÇ-2022: Portuqaliya millisi ciddi itki ilə üzləşdi

09:51 28 Noyabr 2022

Portuqaliya millisinin üzvü zədələnib.

Sportarena.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Danilo Pereyra sıradan çıxıb.

31 yaşlı futbolçu məşqdə xəsarət alıb. Yarımmüdafiəçinin üç qabırğasının sındığı bildirilir.

Təcrübəli futbolçunun DÇ-2022-nin növbəti turlarında Uruqvay və Cənubi Koreya ilə görüşlərində meydanda olmayacağı dəqiqləşib. 


Digər xəbərlər

Xəbər xətti