Belçika millisinin baş məşqçisi Roberto Martinez komandasının dünya çempionatının 2-ci turunda Mərakeşlə oyunda 0:2 hesablı məğlubiyyətini şərh edib.
Sportarena.az "RTBF"yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis uğursuzluq haqda bunları deyib:
"Pis nəticə ilə üzləşdik. Mərakeşin ilk qolu oyunun taleyini həll etdi. İlk hissədə əlimizə düşən şanslardan istifadə edə bilmədik. Qoldan sonra matç kökündən dəyişdi. Topa yaxşı nəzarət edə bilmədik. Qoldan sonra matçın gedişi bizim üçün alınmadı. İndi biz sakitliyimizi qorumalıyıq. Komandanı tanıyıram, Xorvatiya ilə oyuna hazır olacağıq”.