Fransa millisinin hücumçusu Kərim Benzema DÇ-2022-də oynaya bilər.
“Qızıl top”un sahibi zədə səbəbindən turnir öncəsi millinin düşərgəsini tərk etmişdi. Onun DÇ-2022-də oynamayacağı açıqlanmışdı.
İspaniya mətbuatı yazıb ki, Benzemanın sağalması gözlənildiyindən daha sürətlə gedir. Bu həftənin ortalarına kimi hücumçu məşqlərə qayıda biləcək. Benzema Fransanın DÇ-2022 üçün heyətindən formal olaraq xaric edilmədiyinə görə, o, yenə də Qətərə qayıda və turnirdə oynaya bilər. 34 yaşlı hücumçunun mümkün qayıdışı ilə bağlı qərarı Fransa millisinin baş məşqçisi Didye Deşam verəcək.
Qeyd edək ki ,daha əvvəl Fransa yığması 2022-ci il dünya çempionatını qazansa, Benzemanın da medal alacağı məlum olmuşdu.
Xatırladaq ki, Fransa DÇ-2022-də 1/8 finala vəsiqəni təmin edib.