İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, London təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkunun transferini bitirmək üzrədir. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
"Çelsi" fransalı vingeri 2023-cü ilin yayında heyətinə qatacaq. Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçu üçün Almaniya klubuna 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kristofer Nkunku "Leyptsiq"ə 2019-cu ilin yayında "Paris" klubundan transfer olunub. Fransa millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 23 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.