Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. "Turan Tovuz" "Sabah"ı qəbul edib.
Turun son oyunu isə Sumqayıtda keçirilib. "Sumqayıt" "Qəbələ"ni qonaq edib.
Misli Premyer Liqası
XV tur
29 noyabr
14:00 "Turan Tovuz" – "Sabah" 0:1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu.
16:30 "Sumqayıt" – "Qəbələ" 1:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu