Dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Mərakeşə 0:2 hesabı ilə uduzan Belçika millisinin futbolçuları arasında dava düşüb.
Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, Kevin De Brüyne, Eden Hazard və Yan Vertenqon əvvəlcə mübahisə edib, daha sonra isə əlbəyaxa dava etmək istəyiblər.
Onları komandanın forvardı Romelu Lukaku sakitləşdirib.