Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs edildi

14:50 29 Noyabr 2022

Ukrayna Futbol Assosiasiyasının  prezidenti Andrey Pavelko maliyyə fırıldaqlarında şübhəli bilinərək 2023-cü il yanvarın 22-dək həbs edilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onunla bağlı məhkəmə qərarında 9,88 milyon qrivna (təxminən 270 min dollar) məbləğində girov variantı var. 

Bundan əvvəl Ukrayna KİV-i məlumat yayıb ki, qurum rəhbəri futbol meydançaları üçün süni örtük istehsalı zavodunun tikintisi ilə bağlı sövdələşmə üzrə külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir.

Xatırladaq ki, ölkədə vəziyyətə baxmayaraq, futbol üzrə Ukrayna çempionatı keçirilir. Ukrayna Premyer Liqasının turnir cədvəlinə “Dnepr-1” başçılıq edir (35 xal).


Digər xəbərlər

Xəbər xətti