Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bir ilk yaşanacaq. FİFA E qrupunun sonuncu turu çərçivəsində baş tutacaq Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.
Belə ki, bu oyunun baş hakimi fransalı Stefani Freppart olacaq. Ona yan xətt hakimləri - braziliyalı Neuza Bek və meksikalı Karen Dias Medina kömək edəcəklər. Matçın dördüncü hakimi honduraslı Said Martines olacaq.
Dekabrın 1-də keçiriləcək Almaniya – Kosta Rika oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.