İlk 1/8 final cütləri müəyyənləşdi - MATÇLARIN TƏQVİMİ

02:27 30 Noyabr 2022

Qətərdə keçirilən dünya çempiontında ilk 1/8 final cütləri bəlli olub.

A və B qrupunda 3-cü turun oyunları başa çatdıqdan sonra komandalar rəqiblərini tanıyıb.

A qrupunun lideri Niderland B qrupunun ikincisi ABŞ ilə üz-üzə gələcək. B qrupunun lideri İngiltərə isə A qrupunun ikincisi Seneqalla qarşılaşacaq.

Niderland ABŞ-lə dekabrın 3-ü saat 19:00-da qarşılaşacaq. 

Seneqal - İngiltərə matçı isə bundan bir gün sonra saat 23:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti