Bu gün dünya çempionatının qrup mərhələsində C və D qruplarında da növbəti mərhələyə çıxacaq komandaların adına tam aydınlıq gəlib.
Günə D qrupunun matçları ilə start verilib.
Burada Fransanın 1/8 finala çıxdığı dəqiqləşsə də, digər 3 komanda Tunis, Avstraliya və Danimarkanın da şansları qalır.
C qrupunda isə 4 komandanın hamısı 1/8 finala vəsiqə əldə edə bilər. 23:00-da başlayan bu qrupun oyunlarında Argentina Polşa ilə qarşılaşıb.
Bu görüş daha çox Polşa millisinin lideri Robert Levandovski və Argentina yığmasının ulduzu Lionel Messi arasındakı duel kimi də maraqla gözlənilir.
D qrupu
3-cü tur
19:00. Avstraliya - Danimarka 1:0
19:00. Tunis - Fransa 1:0
C qrupu
3-cü tur
23:00. Səudiyyə Ərəbistanı - Meksika 1:2
23:00. Polşa - Argentina 0:2